Keçmiş rəqibi Cəmil Həsənlini müdafiə etdi

Hazırda oxunan: Keçmiş rəqibi Cəmil Həsənlini müdafiə etdi

36185
YAP Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlini məhkəməyə verməklə hədələyir. Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, prezident seçkiləri zamanı dövlət başçısının ünvanına səslənən təhqiramiz ifadələrə yaxın zamanlarda hüquqi qiymət veriləcək.

O iddia edib ki, seçki prosesi zamanı prezident İlham Əliyevin ünvanına geniş auditoriyada müxalifətdə olan bəzi partiyaların, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli tərəfindən böhtan və təhqiramiz sözlər səslənib. S.Novruzov onu da qeyd edib ki, bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı proses gedir və zəruri bilindiyi vaxt ictimaiyyətə məlumat veriləcək. 

İTV-dəki debatların iştirakçısı olmuş prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu Cəmil Həsənlini məhkəməyə vermək üçün heç bir hüquqi əsasın olmadığını bildirir. Bu barədə “Yeni Müsavat”a açıqlamasında S.Cəlaloğlu dedi ki, hakimiyyət təmsilçiləri prezidentə böhtan atıldığını iddia edirsə, Cəmil Həsənli dünyanın müxtəlif media orqanlarında, ölkəmizin mediasında yayılan materialları əsas götürüb məlum məsələləri qaldırmışdı. Belə vəziyyətdə isə Cəmil Həsənli məsuliyyət daşımır. Əgər YAP o ittihamları böhtan, təhqir hesab edirsə, Cəmil Həsənlini yox, Cəmil Həsənlinin sitat gətirdiyi dünya mətbuatını məhkəməyə verməlidir: “Mən düşünmürəm ki, Cəmil Həsənlini namizəd olduğu zaman etdiyi həmin çıxışlara görə məhkəməyə versinlər. Çünki bu addım tamamilə hüquqi əsassız və məntiqsiz olardı. Cəmil Həsənlini qətiyyən həbs edə bilməzlər. Həbs üçün gərək əsas olsun, irəli sürdüyün iddianın sübutu olsun. Belə bir əsas, sübut yoxdur. Mediada dərc olunmuş və ya hansısa hesabatlarda yer almış və tirajlanmış informasiyaları prezidentliyə namizəd çıxışında səsləndiribsə, məsuliyyət daşımır. Çünki həmin informasiyalarla, hesabatlarla bağlı Azərbaycan hakimiyyəti ilkin mənbəni məhkəməyə verməyib. Əgər məhkəməyə verilməlidirsə, ilkin mənbə verilməlidir”.

S.Cəlaloğlu hesab edir ki, Cəmil Həsənlinin məhkəməyə verilməsi hakimiyyətin özünə ziyan gətirə bilər. Həmin məhkəmənin özü hakimiyyətin zərərinə işləyən prosesə çevrilər.
Siyasi təhlilçilər isə hesab edir ki, hakimiyyət məhkəmə ilə hədələmək yolu ilə Cəmil Həsənlini və onu dəstəkləyən insanları qorxutmaq, onları təzyiq altında saxlamaq istəyir. Əslində məhkəməyə müraciət edilməyəcək. Çünki belə bir məhkəmənin heç bir hüquqi perspektivi yoxdur və hər hansı hüquqi nəticə verməyəcək. Seçki prosesində səslənən fikirlərə görə məhkəmə davası açılmasının heç bir hüquqi əsası yoxdur. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin