Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

Hazırda oxunan: Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

620002

Bu gün səhər saatlarında Moskva şəhərində yerləşən “Sadovod” bazarının ərazisinə dron qalıqları düşüb.

Bizim.Media-ya daxil olan məlumata görə, dronların əsas hədəfi Kapotnya rayonunda yerləşən Neftayırma zavodu olub. Hücum nəticəsində zavodda yanğın baş verib.
 

Dron qalıqlarının bir hissəsi azərbaycanlıların kütləvi şəkildə fəaliyyət göstərdiyi “Sadovod” bazarının ərazisindən də yan keçməyib. Nəticədə Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan iki nəfər xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilir.


İlkin məlumatlara görə, hadisə nəticəsində digər yaralıların da olduğu ehtimal edilir.

Hadisədən sonra “Sadovod” bazarının fəaliyyətinin dayandırıldığı və ərazinin bağlandığı bildirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin