Moderator.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mersinin Anamur rayonunda yetişən bir limonun it üzünə bənzəyən görünüşdə olub. Anamur rayonunda yaşayan və əkinçiliklə məşğul olan Mehmet Şahincileroğlu öz bağından limon yığarkən sözügedən limonu görüb. Limonu çaşqınlıq vəziyyətində evə gətirən mersinli onu məhəllə sakinlərinə göstərrib.
İllərdir limon yetişdirdiyini deyən Şahincileroğlu belə bir halla ilk dəfə qarşılaşdığını bildirib. Əkinçilik üzrə mühəndis Vural Gürel isə bu cür hadisələrin meyvə və tərəvəzlərdə bəzən təsadüf etdiyini bildirməklə yanaşı, bunu bitkidə qida elementlərinin çatışmazlığından irəli gəldiyini bildirib.






































































































