Ötən gecə Bakıda nə baş verib?

Hazırda oxunan: Ötən gecə Bakıda nə baş verib?

41310
Bakı şəhər Baş Polis İdarəsi ötən gün partaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. Moderator.az  həmin xəbərləri təqdim edir: 

Fevralın 7-də Buzovna qəsəbəsi R.İmanov küçəsində Xuraman Rəhimovaya məxsus yaşadığı ünvanda yerləşən mağazadan, pəncərəni sındırmaq yolu ilə ərzaq malları oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Şükürov və Aydın Xudaverdiyev tutulublar.

Fevralın 6-na keçən gecə, A.Şərifzadə küçəsində Füzuli rayon sakini Zəminə Hüseynovaya məxsus, yaşadığı ünvanda yerləşəşən mağazadan, kondinsioneri sökmək yolu ilə ərzaq və tütün məmulatları oğurlanıb. BPİ CAİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Hüseynov tutulub.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178 və 320-ci maddələri ilə axtarışda olan Şahin Abdullayev tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci maddəsilə axtarışda olan Qızxanım Abbaszadə tutulub.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci maddəsilə axtarışda olan İsmayıl Həsənov tutulub.

Yanvarın 27-də Qobustan qəsəbəsində Abdulla Abdullayevə məxsus mağazadan 45 manat, Pərviz Yüzbaşova məxsus mağazadan isə 1740 manat, 2 ədəd mobil telefon və tütün məlumatları oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Murad Yusifov, Ramil Rəhimov və İlkin Sadıqov tutulub.

Yanvarın 19-na keçən gecə, I Zabrat qəsəbəsi Babək küçəsində yaşayan Hüseyn Əzizova məxsus, yaşadığı ünvanda yerləşən mağazadan, açar seçmə yolu ilə 3500 manat və ərzaq məhsulları oğurlanıb. Nizami RPİ CAŞ, 23-cü PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nihat İsmayılov tutulub.

Fevralın 2-də Q.Qarayev prospektində iki nəfər naməlum şəxs Bakı şəhər sakini Əli Əmrahlının əlindən mobil telefonunu alıb qaçmışlar. Nizami RPİ 23-cü PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nadir Zeynalov və Vüsal İmanlı tutulub.

Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsilə axtarışda olan Cəmil Qasımov tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin