Zaqatalada məktəbli qız intihar edib

Hazırda oxunan: Zaqatalada məktəbli qız intihar edib

36873

Zaqatalanın Danaçı kəndində məktəbli qız intihar edib. Rayon prokurorluğundan verilən məlumata əsasən, 1996-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Ayzanat Mehdiyeva özünü yaşadığı evin tirindən asaraq intihar edib.
17 yaşlı Ayzanat Mehdiyevanın özünü hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Zaqatala rayon Prokurorluğundan verilən məlumata əsasən, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidir.

Fakla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-i (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin