Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Polşada "Qurnik”lə üz-üzə gələcək.
“Zabje Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi belçikalı Lotar D'Hondt olacaq.
Tərəflər arasında İstanbulda keçirilən ilk oyunda "Fənərbağça" 1:0 hesablı qələbə qazanıb.
Türkiyə klubu bu mərhələni adlayacağı təqdirdə III təsnifat mərhələsində “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, III raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:14 / 29.07.2026
Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır
Hazırda oxunan: Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır
Hazırda oxunan: Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır
628160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































