“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

Hazırda oxunan: “Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

628015

“Sabah” komandasının futbolçusu Aaron Maluda karyerasını İsveçrə Superliqasında davam etdirəcək.

Bizim.Media “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçini “Bazel” klubuna satıb.

İddiaya görə, İsveçrənin tanınmış klubu bu keçid üçün “Sabah”a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Sabah” Aaron Maludanı 2025-ci ilin yayında Fransanın “Lill” klubundan 1 il müddətinə icarəyə götürmüş, bu yay isə futbolçunu birdəfəlik transfer etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin