Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Mütəxəssislə müddəti DÇ-2030-un sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.
Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.
Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.
Bizim.Media






































































































