Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

Hazırda oxunan: Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

627921

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə təmaslarının araşdırılması təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, Raskin FIFA rəhbərinin Tramp administrasiyası ilə əlaqələrinin bütün təfərrüatlarının açıqlanmasını tələb edib.

O, həmçinin FIFA əməkdaşlarının Tramp administrasiyası və onun inauqurasiya komitəsinin nümayəndələri ilə apardıqları bütün yazışmaların qorunmasını istəyib.
 

Konqres üzvünün tələbinə əsasən, Signal, Telegram, WhatsApp, X və Truth Social platformalarındakı mesajlaşmalar da daxil olmaqla bütün elektron yazışmalar araşdırma üçün saxlanılmalıdır.


Hələlik FIFA və ya Canni İnfantino tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin