Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Hazırda oxunan: Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

627887

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi final uğrunda mübarizəyə qoşulacaq.

Həmçinin bu gündən medal qarşılaşmaları da keçiriləcək.

Belə ki, İsfahan Həsənov (80) çempionluq, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medal uğrunda döşək üzərinə çıxacaqlar.

Təsnifat mərhələsi

45 kq

Əli Cavadlı - Ognyan Burqazov (Bolqarıstan)

51 kq

Abdulrəhman Hüseynli - Kuanışbek Jangajol (Qazaxıstan)

60 kq

Elmir Çərkəzov - Nurali Asker (Qazaxıstan)

71 kq

Nadir Həsənov - Mehdi Azizboev (Tacikistan)

92 kq

Zöhrab Səfərov - Hlib Yevsieyev

Final

80 kq

İsfahan Həsənov - Alireza Hassan Rezai (İran)

Qeyd edək ki, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medallar uğrunda qarşılaşmalara çıxacaqlar. Onların rəqibi bu gün müəyyənləşəcək.

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin