Dünyanın ən çox qazanan tennisçilərinin adları açıqlandı

Hazırda oxunan: Dünyanın ən çox qazanan tennisçilərinin adları açıqlandı

627602

 Analitik portal “Sportico” dünyanın ən yüksək gəlir əldə edən tennisçilərinin reytinqini təqdim edib.

Bizim.Media xəbər verir ki, siyahının ilk pilləsində dünyanın bir nömrəli raketkası, ispaniyalı Karlos Alkaras qərarlaşıb.

“Sportico”nun hesablamalarına əsasən, ən çox qazanan tennisçilər:

1. Karlos Alkaras – 62,9 milyon dollar

(18,9 milyon dollar mükafat fondundan, 44 milyon dollar reklam və marketinq gəlirləri)

2. Yannik Sinner – 59 milyon dollar

(29 milyon + 30 milyon)

3. Koko Qauff – 40,3 milyon dollar

(5,3 milyon + 35 milyon)

4. Serena Uilyams – 40 milyon dollar

(8,9 min + 40 milyon)

5. Arina Sabalenka – 35,9 milyon dollar

(13,9 milyon + 22 milyon)

6. Novak Cokoviç – 25,6 milyon dollar

(4,6 milyon + 21 milyon)

7. Çjen Çinven – 24,6 milyon dollar

(0,6 milyon + 24 milyon)

8. İqa Şvyontek – 22,8 milyon dollar

(8,8 milyon + 14 milyon)

9. Aleksandr Zverev – 16,7 milyon dollar

(10,7 milyon + 6 milyon)

10. Yelena Rıbakina – 16,3 milyon dollar

(11,3 milyon + 5 milyon)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin