Tanınmış qapıçı Lukaş Fabianski karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, polşalı qolkiper 41 yaşında peşəkar futbolla vidalaşıb.
O, bu barədə “İnstaqram” səhifəsində məlumat yayıb. “Vest Hem”lə müqaviləsinin müddəti başa çatan Fabianski ötən mövsüm London klubunun heyətində cəmi bir oyuna çıxıb.
Təcrübəli qolkiper “Suonsi Siti”, “Arsenal”, “Legiya” və “Lex” klublarında da çıxış edib. Fabianski Polşa millisinin heyətində 57 matç keçirib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb və 45 qol buraxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
16:07 / 26.07.2026
Məşhur qapıçı karyerasını bitirdi
Hazırda oxunan: Məşhur qapıçı karyerasını bitirdi
Hazırda oxunan: Məşhur qapıçı karyerasını bitirdi
627559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































