“Sabah”ın rəqibi qələbə qazandı

Hazırda oxunan: “Sabah”ın rəqibi qələbə qazandı

627555

Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "KuPS" Finlandiya çempionatının 17-ci turunda növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Kuopio təmsilçisi doğma meydanda VPS klubunu 3:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra "KuPS" 36 xalla Finlandiya çempionatının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "KuPS"- "Sabah" matçı iyulun 28-də keçiriləcək. İlk matçda Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin