Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.
Bizim.Media xəbər verir ki, Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.
Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.
Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:37 / 25.07.2026
Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
Hazırda oxunan: Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
Hazırda oxunan: Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
627390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































