Ukrayna Futbol Assosiasiyasının (UAF) keçmiş prezidenti Andrey Pavelko Slovakiyanın paytaxtı Bratislavada həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat yayıb.
Baş prokuror A. Pavelkonun tezliklə Ukraynaya ekstradisiya ediləcəyini bildirib:
“Pavelko illərlə Ukrayna ədliyyə orqanlarından gizlənirdi, lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq öz bəhrəsini verdi. İstintaqın məlumatına görə, o, öz nəzarətində olan kommersiya qurumları vasitəsilə federasiyanın təxminən 295 milyon qrivna vəsaitinin mənimsənilməsi sxemini təşkil edib.
Bu məqsədlə dəniz məhsulları, elitar çay, qəhvə və elektrik avadanlıqlarının tədarükü üçün yalnız kağız üzərində mövcud olan fırıldaqçı müqavilələr bağlanıb. Pullar çıxarılıb, Ukrayna Futbol Assosiasiyası və onun regional bölmələri milyonlarla zərərə uğrayıb”.
Andrey Pavelko 2024-cü ilin dekabrında Ukraynanı tərk edib. Düz bir il sonra – 2025-ci ilin dekabrında UAF-ın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
01:06 / 25.07.2026
Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu
Hazırda oxunan: Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu
Hazırda oxunan: Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu
627352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































