Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Hazırda oxunan: Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

627344

İspaniya milli futbol komandası dünya çempionatında qazandığı mükafatın təxminən 30 faizini ABŞ-də vergi kimi ödəyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılıq əldə edir.
 

Lakin ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib. Nəticədə komandanın ödəyəcəyi verginin ümumi məbləğinin təxminən 15 milyon dollar olacağı bildirilir.


2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib.

Turnirin final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin