ADAU-da 15 iyun Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Hazırda oxunan: ADAU-da 15 iyun Milli Qurtuluş Günü qeyd olunub - FOTO

47936

Moderator.az xəbər verir ki, iyunun 12 iyun-də Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının akt zalında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru,professor İ.Cəfərov  “15 iyun-Milli Qurtuluş Günü müstəqil Azərbaycan Respublikasının şanlı səhifəsidir” mövzusunda geniş məruzə  ilə çıxış edib. Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz gün olduğunu diqqətə çatdıran rektor həm də vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun tarixinin əsl Qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsi olduğunu deyib. Heydər Əliyevin nadir tarixi şəxsiyyət olmağından danışan İ.Cəfərov qeyd edib ki, Dövlət Ulu Öndər hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir: “Azərbaycan Dövlət Aqrar Universiteti olaraq bu gün bizim qarşımızda duran ən ümdə vəzifə vətəninə, xalqına, prezidentinə şərəflə, vicdanla xidmət edən əsl Azərbaycan vətəndaşı yetişdirməkdir”-deyən rektor ADAU-nun həmişə cənab prezidentin siyasətini dəstəkləyəcəyini və onun ətrafında sıx birləşəcəyini vurğulayıb.

         Sonra məruzəçilər -Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının dosenti Nizami Əlizadə “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”, energetika kafedrasının professoru Siyasət Məmmədov “Ulu Öndər Heydər ƏliyevAzərbaycanı güclü sənaye ölkəsinə çevirdi”, Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının dosenti Ceyhun Hüseynov- “Heydər Əliyev və milli quruculuq yolunun siyasi fəlsəfəsi”, baş müəllim Nəbi Yusifov “Heydər Əliyev dünyanın ən ideal tarixi şəxsiyyəti”, baytarlıq ixtisasının tələbəsi, Heydər Əliyev adına təqaüdçü Günel Ələkbərova  isə “Ümummillli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Sonra Ulu Öndərin həyat fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbir tələbələrin Ulu Öndərə həsr olunmuş şeir nömrələri ilə davam edib.  



ADAU-da 15 iyun Milli Qurtuluş Günü qeyd olunub <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1489.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin