“Əminəm ki, bu iqtidar Rəsulzadəyə layiq olduğu yerdə heykəl də ucaldacaq”x9d

Hazırda oxunan: “Əminəm ki, bu iqtidar Rəsulzadəyə layiq olduğu yerdə heykəl də ucaldacaq”x9d

138610

28 may Rüspublika Günü əvvəlki illərdən fərqli olaraq bu il rəsmi səviyyədə də  qeyd edilməyə başlayıb.

Maraqlıdır, bu tendensiya cümhuriyyət liderlərinə yaxın gələcəkdə daha layiqli qiymət veriləcəyini ehtimal etməyə əsas verirmi? Gec də olsa atılan bu addım təqdir edilməlidirmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy iqtidarın bu addımının təqdirəlayiq olduğunu vurğuladı:

“Təbii ki, iqtidarın bu addımı təqdirəlayiqdir. Bu, cəmiyyətdə vətəndaş həmrəyliyinin güclənməsinə təkan verir. Əminəm ki, bu iqtidar Məhəmməd Əmin Rəsulzadəyə layiq olduğu yerdə heykəl də ucaldacaq. Bəzi vəzifə sahibləri zaman-zaman Rəsulzadəni təhqir etməklə xalqın gözündən düşdüklərini anladılar. Anladılar ki, milli dəyərləri aşağılamaq onlara şərəf yox, bişərəflik gətirir. Tarixi saxtalaşdırmaq olar, fəqət, əlahəzrət tarix bu saxtakarlığa nə zamansa mütləq düzəliş edir, haqq-ədalət öz yerini tapır. Yoxdan bir dövlət qurmuş o kişilər ehtirama layiqdir”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin