Türkiyə vətəndaşı, 54 yaşlı Evliya Gümüştek Ermənistanın Gümrü şəhərində öldürülüb.
Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qətl hadisəsi martın 15-də baş verib, Türkiyə vətəndaşı xüsusi amansızlıqla, çoxsaylı bıçaq zərbələri ilə öldürülüb. Ermənistan polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 16-da qətli törədən şəxs tutulub.
O, 24 yaşlı Maksim Bakoyandır. İstintaq gedir. Qətlin motivləri açıqlanmır.





































































































