Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən Tunceli millət vəkili Kamer Gənç avtomobil qəzasına uğrayıb. Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkilinin səhhətinin yaxşı olduğu bildirilir. Millət vəkil xəstəxanadan çıxandan sonra jurnalistlərə açıqlama verib.
O, bildirib ki, qəzanın baş verməsinə yolda olan qatı duman səbəb olub: "Hadisənin qəsdən törədildiyini düşünmürəm. Buna heç bir şübhəm yoxdur".
Qəzaya, sərxoş sürücünün səbəb olduğu ehtimal edilir. Belə ki, sərxoş sürücü idarə etməni itirərək millət vəkili Kamer Gəncin içində olduğu avtomobilə çırpılıb.





































































































