Sərdar Cəlaloğlu hakimiyyətdaxili qruplaşmalardan danışdı

Hazırda oxunan: Sərdar Cəlaloğlu hakimiyyətdaxili qruplaşmalardan danışdı

35313

ADP sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğu Moderator.az saytına açıqlamasında hakimiyyətdaxili qruplaşmalardan danışıb. Hakimiyyət daxilindəki bəzi qüvvələrin ölkəni daxili qarşıdurmaya sürükləməyə çalışdığını qeyd edən S.Cəlaloğlu, seçkilərdə İlham Əliyevə yüksək faizli səs yazılışını da bu qüvvələrin fəaliyyəti ilə əlaqələndirdi: “Hakimiyyət daxilində Azərbaycanı inqilaba, qarşıdurmaya sürükləyən qüvvələr var. Guya İ.Əliyevin 84% deyil, 60 və ya 70% səs toplayaraq qalib elan olunması ilə dünya dağılmayacaqdı ki? Amerika prezidentləri hər zaman 50+1, və ya 52-53% səslə qalib gəlib. Lakin onlar dünyanı idarə edirlər. Seçilən namizədin adına neçə faiz səsin yazılmasının onun dövləti idarəsinə heç bir maneçilik yaratmır”.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin