Sərdar Cəlaloğlu Məzahir Pənahova təşəkkür etdi

Hazırda oxunan: Sərdar Cəlaloğlu Məzahir Pənahova təşəkkür etdi

35135

ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında MSK sədri Məzahir Pənahova minnətdarlığını bildirib. 9 oktyabr seçkilərində MSK-nın açıqladığı nəticələrə görə seçicilərin 0,61%-nin səsini aldığını bildirən S.Cəlaloğlu, bu “yaxşılığı” üçün MSK sədrini təşəkkür ünvanlayıb: “Şübhəsiz, bu rəqəm real nəticələri əks etdirmir. Lakin buna da şükr etmək lazımdır. Yaxşı ki, mənə mənfi səs yazmayıblar. Yoxsa mən Ermənistandan səs alıb həmin səsi gətirib Məzahir Pənahova verməli olacaqdım. Buna sevinirəm ki, yaxşı ki, belə olmayıb. M.Pənahov məni ermənilərə möhtac etməyib. Buna görə M.Pənahova təşəkkür edirəm”.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin