Nazirlər Kabineti “Hərbi-Həkim Ekspertizası Haqqında Əsasnamə”də dəyişikliklər edib

Hazırda oxunan: Nazirlər Kabineti “Hərbi-Həkim Ekspertizası Haqqında Əsasnamə”də dəyişikliklər edib

34932

Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək.

Moderator.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə,  qanun layihəsini hansı səbəbdən qəbul olunmasına dair ictimaiyyətə məlumat verilməlidir: "Biz dəfələrlə görmüşük ki, bir sıra qanunlar qəbul olunsa da bu qanunların qəbul olunma səbəbi əsaslandırılmır. Hesab edirəm ki, əgər vətəndaş komissiyadan keçibsə və komissiyanın qərarı varsa qərara uyğun addım atılmalıdır. Fikrimcə, əsaslandırılmamış qanun dəyişiklikləri əlavə problemlərə səbəb ola bilər".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin