Saratovda erməni-azərbaycanlı gərginliyi artır

Hazırda oxunan: Saratovda erməni-azərbaycanlı gərginliyi artır

30467

Rusiyanın Saratov vilayətində ermənilərlə azərbaycanlılar arasında müşahidə edilən ənənəvi gərginlik artmaqdadır. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. 

Mənbənin sözlərinə görə, vilayətin polis-prokurorluq sistemində təmsilçiliyi ələ alan ermənilər bundan azərbaycanlılara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər: “Saratov vilayətindəki güc orqanlarında ermənilərin sayı sürətlə artmaqdadır. Bu gün vilayətdəki güc orqanlarında çalışan yetkili şəxslərin yarıdan çoxunu ermənilər təşkil edir. Bu isə milli zəmində baş verən münaqişələr zamanı güc orqanları tərəfindən istintaqa cəlb edilən azərbaycanlılar haqqında qərəzli qərarların çıxarılmasına səbəb olur”.

Mənbənin bildirdiyinə görə, belə davam edəcəyi təqdirdə Saratovdakı azərbaycanlılar yaxın gələcəkdə daha ciddi problemlərlə üzləşəcəklər.

 

Şamil

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin