Nardarandakı “Rəhimə xanım”x9d pirinin qazı niyə kəsilib? ”““Azəriqaz”x9ddan rəsmi cavab

Hazırda oxunan: Nardarandakı “Rəhimə xanım”x9d pirinin qazı niyə kəsilib? ”““Azəriqaz”x9ddan rəsmi cavab

157313
"Azəriqaz" İstehsalat Birliyi Nardaran qəsəbəsində fəaliyyət göstərən "Rəhimə xanım" ziyarətgahına təbii qazın verilişinin dayandırılması barədə məsələyə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev ziyarətgaha qazın verilməsinin dayandırılması faktını təsdiqləyib:

"Əvvəllər Nardaran qəsəbəsində qaz çəkilişi pərakəndə olanda həmin ziyarətgaha da sakinlər özləri qaz çəkib. Nardaran qəsəbəsinin qazlaşdırılması prosesi yenilənərkən məlum oldu ki, ziyarətgah "Azəriqaz" İstehsalat Birliyinin abonenti deyil. Ona görə də qəsəbənin qazlaşdırılması zamanı həmin obyektə qazın verilişi dayandırılıb. Ziyarətgahın rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən arayış alınaraq "Azəriqaz" a təqdim edilərsə, obyektə abonentlik veriləcək və bina qazla təmin olunacaq".(xa0Trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin