“Xarici ölkələrdən birində fəaliyyət göstərən və “söz və ifadə azadlığı uğrunda mübarizə”x9d adı altında Azərbaycan haqqında müntəzəm və mütəşəkkil qarayaxma kampaniyası aparmağı özünə peşə seçmiş “meydan.tv”x9d inernet saytında növbəti dəfə “Azİmport”x9d MMC və onun təsisçisi Azər Əsgərov haqqında həqiqətə uyğun olmayan məlumatlar, şayiələr və qərəzkar mənbələrin iddiaları əsasında hazırlanmış “məqalə”x9d yerləşdirilmişdir (dərc olunub: 22 fevral 2016-cı il). Milli dövlətçiliyimiz və xalqımızın mənafeləri əleyhinə çıxışları, Azərbaycana qarşı açıq-aşkar düşmənçilk mövqeyi ilə tanınan bu saytda yazılanlara ciddi münasibət göstərməmək, onlara cavab verməmək də olardı. Lakin cəmiyyəti çaşdırmağa yönəlmiş, vətəndaşların hüquq və azadlıqlarını, şərəf və ləyaqətini təhdid edən yalanların belə məkrli şəkildə yayılmasına, jurnalisti etikası qaydalarının kobudcasına pozulmasına laqeyd qalmaq mümkün deyildir”x9d.
“Azİmport”x9d MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir. Şirkət bəyan edir ki, keçmiş Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq direktoru Rəşad Məmmədovun hazırda bu müəssisənin təsisçilərindən biri olması barədə israrlı iddianın heç bir əsası yoxdur: ““Azİmport”x9d MMC-nin yeganə təsisçisi və sahibi Azər Əsgərovdur. Yüksək vəzifəli dövlət məmurlarından kiminsə onunla şərik olması və ya ona himayədarlıq etməsi barədə əsassız məlumatlar isə, bu iş adamının şəxsi təşəbbüskarlığını, işgüzar fəaliyyətini şübhə altına almaq, nüfuzunu ləkələmək, eyni zamanda, davamlı şər və böhtan kampaniyası aparmaqla həmin dövlət məmurlarını gözdən salmaq məqsədi daşıyır”x9d.
İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, iş adamı kimi həmişə vaxt çatışmazlığı ilə üzləşən və buna görə jurnalistlərin fərdi qaydada görüşmək barədə müraciətlərinə müsbət cavab vermək imkanı tapmayan Azər Əsgərov indiyədək “meydan.tv”x9d və ya digər adla fəaliyyət göstərən heç bir kütləvi informasiya vasitəsinin nümayəndəsi ilə həmsöhbət olmayıb, heç kimə müsahibə verməyib və heç bir müxbirin suallarını cavablandırmayıb: “Yalnız bir dəfə telefonda özünü sayt əməkdaşı kimi təqdim edən şəxsə şirkətin icraçı rəhbərliyinə və ya ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etməyi məsləhət görüb. Özünü “meydan.tv”x9dnin əməkdaşı adlandıran bir nəfər qadının adından elektron poçtla şirkətə göndərilmiş qeyri-rəsmi sorğu isə mövcud ölkə qanunvericiliyi çərçivəsində cavablandırılıb”x9d.
Buna baxmayaraq, özünü KİV adlandıran həmin internet saytı “məqalə”x9ddə guya Azər Əsgərova sual verildiyini və cavab alındığını iddia edərək, hətta onun dediklərini vasitəsiz nitq formasında verməklə jurnalistikada heç bir ədəb-ərkan, etik qayda gözləmədiyini, peşə prinsiplərini vecə almadığını bir daha təsdiqləyib”x9d.
Bildirilir ki, “məqalə”x9ddə hazırda “Azİmport”x9d MMC ilə məhkəmə çəkişməsində olan “Buzovna qəsəbə sakini”x9d, cəmiyyətdə qalmaqallı reputasiyası ilə yaxşı tanınan vəkil Ramiz Zeynalovun uzun müddətdir “mətbuat”x9ddan düşməyən və məhkəmə-hüquq orqanlarına təsir etmək məqsədi daşıyan ənənəvi “çıxış”x9dına da səxavətlə yer ayrılması “meydan.tv”x9dnin bu şəxsin qərəzkar mövqeyinə şərik olduğunu göstərir. “Azİmport”x9du və onun təsisçisini yüksək vəzifəli məmurlarla, hətta Ali Məhkəmənin sədri ilə maraq və mənafe bağlılığında açıq və davamlı şəkildə ittiham edən Ramiz Zeynalov bu cür təhdid və böhtanlarla öz qanunazidd əməllərini ört-basdır etməyə çalışır. Məhkəmə çəkişməsi başa çatmadığından biz həmin şəxslə bağlı məsələlər barədə təfərrüatlı məlumatın yayılmasının məhkəmə orqanına təzyiq kimi dəyərləndiriləcəyini nəzərə alırıq”x9d.
“Meydan.tv”x9dnin sözügedən “məqalə”x9ddə guya araşdırmağa çalışdığı məsələlər, əksəriyyəti əvvəllər təkzib olunmuş fakt və məlumatlar isə Azərbaycan mediasında indiyədək dəfələrlə ictimailəşdirilib və “Azİmport”x9d MMC də onlara rəsmi münasibət bildirib. Bununla belə, “Azİmport”x9d MMC və onun təsisçisi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmasının, Azər Əsgərova qarşı böhtan və təhqirlərin qarşısının alınması üçün zəruri hüquqi tədbirlərin görüləcəyini bəyan edirik”x9d ”“ deyə, İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.





































































































