“Ərim mənə xəyanət etdi...”x9d

Hazırda oxunan: “Ərim mənə xəyanət etdi...”x9d

166199
"Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim ailəm dağılsın. Gördüm ki, olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım".

Bu sözləri aparıcı Lətafət Ələkbərova xa0"Gəlin danışaq" verilişinə qonaq olarkən deyib.xa0

Aparıcı həyat yoldaşından xəyanətə görə ayrıldığını bildirib:

"Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Hazırda övladı ilə görüşmür. Nə qızım onu, nə də o, qızını görmək istəyir. Ona görə fədakarlıqlar etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir, qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların, yaşananların xətrinə bəzi hallara dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdi. Sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi".
xa0
L.Ələkbərova yenidən ailə qurması ilə bağlı suallara belə cavab verib:

"Bəzi ağzıgöyçəklər deyir ki, bunu heç kim almır. Mən öz övladımı düşündüyüm üçün ərə getmədim. Qızımı övladı kimi sevən, ona güvənə biləcəyim insan olsa, o zaman razılaşaram. Qızıma qarşı həssas və qısqancam".(qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin