DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

Hazırda oxunan: DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

620133

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmədə çıxış edib. 

Bizim.Media xəbər verir ki, Elşad Hacıyev Daxili İşlər Nazirliyinə gün ərzində daxil olan müraciətlərdən danışıb.

O, qeyd edib ki, müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır:

"Narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur. Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur”.

E. Hacıyev vurğulayıb ki, ölkənin məktəb və universitetlərində keçirilən görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb:

"Xüsusilə, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib. Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqi deyil. Bu, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarəsinə xidmət edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin