Türkiyənin Antalya vilayətində güclü meşə yanğını baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın ötən axşam Aksu rayonunun meşə massivində başlayıb.
Bizim.Media xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə Kepez, Döşemealtı və Serik rayonlarına da yayılıb.
Alov yaşayış binalarına yaxınlaşdığı üçün xilasedicilər sakinlərin təcili təxliyəsinə başlayıblar.
Yanğının miqyasının böyüməsi fonunda hakimiyyət Şimal dairəvi yolunu və Antalya-İsparta şosesinin bir hissəsini bağlayıb.
Yanğınla mübarizəyə 800-dən çox mütəxəssis cəlb olunub. Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Region
10:38 / 08.09.2026
Antalya vilayətində güclü yanğın – Sakinlər təxliyə olunur - VİDEO
Hazırda oxunan: Antalya vilayətində güclü yanğın – Sakinlər təxliyə olunur - VİDEO
Hazırda oxunan: Antalya vilayətində güclü yanğın – Sakinlər təxliyə olunur - VİDEO
635403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































