Sosial şəbəkələrdə yayılan görüntülər qızıl məmulatlarının tərkibi ilə bağlı müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, iddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb.
Zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkcə qızılın içinə mis yerləşdirilməsi zamanı deyil, digər materiallardan istifadə edilməklə də rast gəlinir. O bildirir ki, bəzi məmulatların içərisi müxtəlif ərintilər, hətta şamla doldurularaq çəkisi artırılır. Zərgər belə hallardan birində 1440 manat ziyana düşdüyünü deyir.
Bəs qızılın tərkibində bu qədər misin olması nə dərəcədə mümkündür?
Zərgər Şahin Əlipənahovun sözlərinə görə, bu, qızılın əyarından asılıdır. Belə ki, 585 əyarlı qızılın tərkibində təmiz qızılla yanaşı, müəyyən nisbətdə mis və gümüş də olur. Bu qatışıqlar məmulatın tələb olunan əyara uyğun hazırlanması üçün istifadə edilir.
Şahin Əlipənahov qeyd edir ki, Azərbaycanda qızıl məmulatlarının üzərində müvafiq əyar damğası olmalıdır.
Bununla belə, qızılın həqiqiliyini yalnız zahiri görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil. Hətta mütəxəssislər belə məmulatın saxta olub-olmadığını ilk baxışdan dəqiq müəyyən edə bilmirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:41 / 31.10.2026
Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Hazırda oxunan: Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Hazırda oxunan: Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
645279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































