Şeremetyevo hava limanı yaxınlığına PUA düşdü - Yanğın başladı – Video

Hazırda oxunan: Şeremetyevo hava limanı yaxınlığına PUA düşdü - Yanğın başladı – Video

645269

Moskvada Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında vurulduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Bizim.Media xəbər ki, bu barədə teleqram kanallarında görüntülər paylaşılıb.

Məlumata görə, yanğın hava limanı yaxınlığında yerləşən və "Rostneft" şirkətinə məxsus neft bazasında baş verib.

Bildirilib ki, hadisədən bir qədər əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.

Hələlik PUA-nın həmin əraziyə düşməsi, mümkün dağıntılar və tələfat barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan 11 PUA-nın vurulduğunu açıqlayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin