Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Hazırda oxunan: Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

645267

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib.
 

Digər hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gecə saat 23:50-də nəqliyyat axınının əks istiqamətində velosiped idarə edən Ülfət Hüseynovu naməlum avtomobil vurub. Hadisə yerindən yayınan VAZ markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.


BDYPİ ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürmə vərdişləri olmadan moped və digər nəqliyyat vasitələrinin sükanı arxasına keçməməyə çağırıb.

İdarə təhlükəsizliyin təmin olunması üçün hər bir hərəkət iştirakçısının şəxsi məsuliyyətinin artırılmasının və qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin