Qaxda 7 nəfər qidadan zəhərlənib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.
TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (qadın, kişi) ambulator müalicə üçün evə buraxılıb, 5 nəfər isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
İlkin məlumata görə, onların göbələkdən zəhərləndiyi etimal olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:23 / 31.10.2026
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Hazırda oxunan: Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Hazırda oxunan: Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
645312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































