Balakəndə azyaşlı uşaqlarını döyən ata həbs olunub.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Y. Məmmədəliyev küçəsində baş verib. 36 yaşlı Vüsal Paşayev (şərti adla) yaşadıqları evdə azyaşlı qızlarını taxta dəyənəklə döyərək, xəsarətlər yetirib.
Faktla bağlı V. Paşayev saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
V. Paşayev özünü təqsirli bilərək izahatında deyib ki, evdə uşaqlar dalaşdığı üçün çubuqla onları arxa hissələrindən yavaşca vurub. Həmin çubuğu evdə ət qurutmaq üçün istifadə edib.
O, törətdiyi əməldən peşman olduğunu deyərək, barəsində qanuni qərar qəbul edilməsini xahiş edib.
İfadə verən zərərçəkən qız Aysunun (ad şərti) sözlərinə görə, atası onu və bacısı Zərifəni (şərti adla), Zərifənin ad günündən bir-iki gün sonra döyüb:
“Bacımla oyun oynayanda qışqırdığımız üçün atamız əsəbiləşdi. Atam səs-küyə gəlib bizə dedi ki, gedin çubuq gətirin. Bundan sonra sobanın üstündə olan dəyənəyi götürdü və bizi anamgil yatan otağa salaraq, qapını kilidləyib döydü. Atam bu zaman bütün pəncərələri də bağlamışdı. Atam dəyənəklə ayaqlarımıza, arxa hissələrimizə vururdu. Sonra bacımla məni əl-üzümüzü yumağa apardı. Ondan sonra bizi otağa salıb yenə döydü. Ümumilikdə bizi yarım saat döyüb”.
Azyaşlı qız bildirib ki, həmin gün gecə o, tualetə getmək üçün oyanıb:
“Mən və bacım nənəmizlə yatırdıq. Nənəmi oyadıb tualetə getmək istədiyimi, anamı oyatmasını bildirdim. Nənəm də dedi ki, lazım deyil, mən apararam. Ayaqyolundan qayıdanda nənəm məni arxadan itələdi və yıxıldım. Çənəm pəncərənin aşağısındakı yerə dəyib qanadı. Bundan sonra atam və anam məni həkimə apardılar. Atam qışda da bir dəfə bacımla məni bir-birilərimizi itələdiyimiz üçün belə pis döyüb. Atam anamı da tez-tez döyür. Səbəbsiz yerə axşamlar içkili gəlib anasını otağa salır sonra döyür. Atamla barışmaq istəmirəm”.
Zərifə də bacısı Aysu kimi eyni ifadəni verib.
Azyaşlı qızların anası da ifadəsində artıq Vüsalla boşanma ərəfələrində olduğunu və əri ilə barışmadığını deyib. O, məhkəmədən məsələ ilə bağlı qanuni qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə V. Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:02 / 31.10.2026
Balakəndə azyaşlı qızlarını döyən ata həbs olundu
Hazırda oxunan: Balakəndə azyaşlı qızlarını döyən ata həbs olundu
Hazırda oxunan: Balakəndə azyaşlı qızlarını döyən ata həbs olundu
645297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































