Bakıda kişi “Tiktok”dan istifadə edən arvadına işgəncə verib.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
44 yaşlı Məlik Qurbanov arvadı Gülçöhrənin (adlar şərtidir) “Tiktok” sosial şəbəkəsindən istifadə etməsini bəhanə edərək onu mütəmadi olaraq döyüb və psixi iztirablar verib.
Məlik bununla da kifayətlənməyib. Gülçöhrə “Tiktok”da canlı yayım açdığı üçün onu otelə apararaq hicabını soyunmağa və burada canlı yayım açmağa məcbur edib. Yayıma qoşulan kişilərə isə arvadının adından əxlaqsız mesajlar yazaraq qadına psixi iztirablar verib.
Həmçinin Məlik Gülçöhrəni əxlaqsız adlandıraraq ona dəfələrlə yumruq vurub.
Zərərçəkmiş ifadəsində bildirib ki, əri spirtli içki düşkünü olub, ailəyə maddi yardım göstərməyib:
“Məlik mənə işləməyə icazə vermədiyi üçün qazanc əldə etmək məqsədilə “Tik-tok”da baxılacaq filmlərə dair canlı yayımlar açırdım. O, evə gələndə isə məni dəfələrlə döyüb, sillə vururdu. Namaz qılıb, oruc tutmağıma baxmayaraq Məlik məni marketə apararaq zorla oradan spirtli içki seçməyimi istədi. Daha sonra oteldə işgəncələrə davam etdi”.
M.Qurbanov ifadəsində özünü qismən təqsirli bilib:
“İyirmi ildir evliyik, xasiyyətimiz uyğun gəlmədiyi üçün mütəmadi olaraq münaqişələrimiz olur. Lakin Gülçöhrəni uzun müddət deyil bir neçə dəfə, müxtəlif tarixlərdə vurmuşam. Hazıda barışmışıq. Ona görə də, işə xitam verilməsini xahiş edirəm”.
Məhkəmə Məlik Qurbanovun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı qərar verib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:14 / 31.10.2026
"Tiktok"a girən arvadına işgəncə verdi - Onun adından kişilərə intim mesaj yazdı
Hazırda oxunan: "Tiktok"a girən arvadına işgəncə verdi - Onun adından kişilərə intim mesaj yazdı
Hazırda oxunan: "Tiktok"a girən arvadına işgəncə verdi - Onun adından kişilərə intim mesaj yazdı
645284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































