Helikopter qəzası: 6 nəfər həlak oldu - Video

Hazırda oxunan: Helikopter qəzası: 6 nəfər həlak oldu - Video

645303

Hindistanın dağlıq ərazisində helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfərin hamısı həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Uttarakhand ştatında baş verib.

Məlumata görə, helikopter Badrinatx şəhərindən Dehraduna uçuş həyata keçirirmiş.

Coşimat vadisi üzərində uçarkən hava gəmisi dispetçer mərkəzi ilə əlaqəni itirib və daha sonra onun yerini müəyyənləşdirməyə imkan verən məlumatların ötürülməsi dayanıb.

Helikopterin qalıqları Çamoli rayonunda aşkarlanıb.

Qəza nəticəsində pilot da daxil olmaqla, göyərtədəki 6 nəfərin hamısı ölüb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin