ABŞ Prezidenti Donald Trampın Floridadakı malikanəsinin yaxınlığında hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “TWZ” nəşri məlumat yayıb.
Bildirilib ki, AN/TWQ-1 “Avenger” zenit-raket kompleksləri Palm-Biçdəki malikanənin yaxınlığında, eləcə də təxminən 5 kilometr qərbdə yerləşən Tramp adına hava limanının ərazisində quraşdırılıb.
Məlumata görə, sistemlər təxminən iki həftə əvvəl, ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda yerləşdirilib.
Bizim.Media


































































































