Bakı bulvarında konsert təşkil olunacaq

Hazırda oxunan: Bakı bulvarında konsert təşkil olunacaq

645280

Noyabrın 8-də Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında olacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.

Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin