Sentyabrın 12-nə keçən gecə və səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa, Krivoy Roq, Dnepr və Zaporojye şəhərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı zərbələr endirib.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, hücumlar nəticəsində yaşayış binalarına və sənaye obyektlərinə ciddi ziyan dəyib, mülki şəxslər arasında tələfat və yaralananlar qeydə alınıb.
Odessa
Səhər saatlarında Odessaya endirilən raket zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binası zədələnib. Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın verdiyi məlumata görə, ilkin xəbərlərdə 3 nəfərin xəsarət aldığı bildirilsə də, sonradan yaralı sayının 6-ya çatdığı təsdiqlənib.
Krivoy Roq
Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkulun sözlərinə görə, şəhər müxtəlif istiqamətlərdən ballistik raketlərin hücumuna məruz qalıb. Sənaye zavoduna dəyən zərbə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Dnepr
Gecə saatlarında Dnepr şəhəri də hədəf alınıb. Raket və ya dron zərbələri nəticəsində sənaye müəssisələrindən birində yanğın baş verib. İlkin məlumatlara əsasən, itki qeydə alınmayıb.
Zaporojye
Zaporojye istiqamətində Rusiya qüvvələri hücum dronlarından istifadə edib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, PUA-lardan biri fərdi yaşayış evinə çırpılıb, nəticədə ev tamamilə dağılıb və ərazidə yanğın başlayıb.
Xilasedicilərin dağıntılar altında apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində 64 yaşlı qadın və 37 yaşlı kişinin cəsədi çıxarılıb. Hücum zamanı daha bir 59 yaşlı qadın yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
09:10 / 12.09.2026
Rusiyadan dəhşətli GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - VİDEO
Hazırda oxunan: Rusiyadan dəhşətli GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - VİDEO
Hazırda oxunan: Rusiyadan dəhşətli GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - VİDEO
636194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































