Futbolçu ağır zədə aldı, oyun dayandırıldı - Video

Hazırda oxunan: Futbolçu ağır zədə aldı, oyun dayandırıldı - Video

645650

İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” - “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb.

Bizim.Media xəbər verir ki, görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra başından ciddi zədə alıb.

Hesab 2:2 olarkən, əlavə vaxtın 7-ci dəqiqəsində qapıçı cərimə meydançasından çıxaraq topa müdaxilə etmək istəyib. Bu zaman onun dizinin De Migelin başına dəydiyi bildirilir.

Futbolçu huşunu itirərək meydanda hərəkətsiz qalıb. Baş hakim Ovonoya birbaşa qırmızı vərəqə göstərib.

De Migel təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. İspaniya mediasının məlumatına görə, futbolçu sonradan özünə gəlib.

Qeyd edək ki, hadisədən sonra qarşılaşma yarımçıq dayandırılıb.
 

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin