Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto

Hazırda oxunan: Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto

645575

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib.
 

Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.


Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto - foto 1
Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto - foto 2
Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto - foto 3
Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto - foto 4
Yasamalda çörək emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin