2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat yayıb.
Bildirilib ki, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 79-u planlı, 1-i plandankənar olub. Aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.
Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2, 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Bizim.Media

































































































