Bakıda yerləşən “Amay” Ticarət Mərkəzinin binasının dam örtüyündəki dəmir konstruksiyaların yararsız vəziyyətdə olması ətrafda yaşayanları və ərazidən keçənləri narahat edir.
Xüsusilə küləkli havalarda konstruksiyaların qoparaq insanların və avtomobillərin üzərinə düşmə ehtimalı var. Odur ki, vətəndaşlar aidiyyəti qurumların ərazidə təhlükəsizlik tədbirləri görməsini istəyirlər.
Bizim.Media xəbər verir ki, binanın alt hissəsində olan obyekt və müəssisələrə görə əraziyə insan və avtomobil axını çox olur.
Sakinlər deyirlər ki, damın bu vəziyyədə olması risklidir. Yaxınlıqda olan parklanma zonasında avtomobillərini saxlayan sürücülər də yaranmış vəziyyətdən narahatdırlar.
Məsələ ilə bağlı “Amay” Ticarət Mərkəzindən bildirildi ki, hazırda təmir- bərpa işlərinə başlanlıb. Problem olan yerlər nəzarətə götürülüb.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialında:
Bizim.Media

































































































