“Binance”dan 3,6 milyard dollarlıq aktiv çıxarıldı

Hazırda oxunan: “Binance”dan 3,6 milyard dollarlıq aktiv çıxarıldı

645626

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”in fəaliyyətini bərpa etməsindən sonra müştərilər platformadan 3,6 milyard dollar dəyərində aktiv çıxarıblar.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
 

Qeyd olunur ki, kütləvi haker hücumu nəticəsində təxminən 6,3 milyard dollar dəyərində aktivin oğurlanmasından sonra şirkət bütün əməliyyatları müvəqqəti dayandırmışdı.


“Binance”dən bildirilib ki, noyabrın 2-də Bitcoin və Ethereum da daxil olmaqla, 20-dən çox əsas kriptovalyutanın çıxarılması bərpa edilib.

Digər xidmətlər isə təhlükəsizlik yoxlamaları başa çatdıqca mərhələli şəkildə istifadəyə veriləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin