Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Pirkəkə" hava xəttində təmir işi aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Qeyd edilib ki, görüləcək işlərlə əlaqədar rayonun Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq:
"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:28 / 02.11.2026
Bu rayonda sabah işıq olmayacaq
Hazırda oxunan: Bu rayonda sabah işıq olmayacaq
Hazırda oxunan: Bu rayonda sabah işıq olmayacaq
645627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































