Müasir cərrahiyyənin atası kimdir? – Hələ X əsrdə plastik əməliyyat edirdi

Hazırda oxunan: Müasir cərrahiyyənin atası kimdir? – Hələ X əsrdə plastik əməliyyat edirdi

645557

Çoxları cərrahiyyənin Avropada, qərb alimləri və həkimləri tərəfindən kəşf olunaraq inkişaf etdirildiyini düşünür. Amma cərrahiyyəni kəşf edib insanlığı xilas edən X-XI əsrlərdə yaşamış Əndəlüsdən olan (Müasir İspaniya və Portuqaliya ərazilərini əhatə edən, orta əsrlərdə İslam hakimiyyəti altında olmuş tarixi bölgədir) ərəb həkimi Əbülqasım əz-Zəhravidir. 

Qərbdə onu Albukasis kimi tanıyırlar. 

Onun ideyaları müasir cərrahiyyənin əsasını qoyub, “Əl-Təsrif” adlı ensiklopediyası isə Avropada beş əsr boyunca dərs kitabı kimi istifadə olunub.  
 

Zəhravi ilk dəfə heyvan (qoyun) bağırsağından hazırlanan iplə daxili orqanları tikməyi kəşf edib. Müəyyən edib ki, bu ip orqanizmdə sorulur (əriyir) və ikinci əməliyyata ehtiyac qalmır. İlk dəfə hemofiliya qan xəstəliyinin irsi xüsusiyyət olduğunu aşkar edib. 


Çətin doğuşlar zamanı qeysəriyyə əməliyyatı ilə dölün çıxarılması və bədəndəki bəzi estetik əməliyyatların ilk prototiplərini hazırlayıb.

Eləcə də bir çox cərrahi alətləri ixtira edərək özündən sonrakı həkimlərin işini asanlaşdırıb. 200-dən çox cərrahi alət icad etmiş və təkmilləşdirmişdir.

Xüsusilə bu günün də əvəzolunmazı olan skalpel, xüsusi maşalar (forseps), iynələr, uroloji zondlar və koterizasiya (dağlama) aparatları həkimlərin daimi istifadə etdiyi alətlərdəndir. 

Boğazda artıq ətin kəsilməsi, həmçinin trioid əməliyyatı (zobun götürülməsi) sidik kisəsindən daşların çıxarılması, xərçəng olmuş döşün içəridən götürülüb, dəri hissəsinə piy dolğusu etməklə əvəzlənməsi əməliyyatlarını da ilk dəfə özü uğurla icra edib. Beyinə yığılmış mayenin çəkilməsi, insan virusu papillomasının müalicəsini də bu ərəb həkim ilk dəfə tətbiq edib. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin