Zelenski Trampa şərtini açıqladı: “Bizə “Patrion” verin, əks halda Rusiyanın neft emalı zavodlarına zərbə endirəcəyik”

Hazırda oxunan: Zelenski Trampa şərtini açıqladı: “Bizə “Patrion” verin, əks halda Rusiyanın neft emalı zavodlarına zərbə endirəcəyik”

645547

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması üçün Moskva Ukraynanın enerji sisteminə hücum etməməlidir.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına hücumlarla bağlı xəbərdarlıqlarını şərh edərkən danışıb.
 

Ukrayna lideri məsələni Trampla və onun komandası ilə dəfələrlə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, digər variant Ukraynanın hücumlardan qorunması üçün “Patriot” raket sistemləri ilə təmin edilməsidir. Kiyev bu tədarükün haqqını ödəməyə hazırdır.


“Əgər bizim onların neft emalı zavodlarına bir ay hücum etməməyimizi istəyirsinizsə, bizə bir aylıq “Patriot” verin”, – Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin