Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.
Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.
Avtomobilə və obyektə ziyan dəyib.
Araşdırma aparılır.
Bizim.Media


































































































