Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər - Foto

Hazırda oxunan: Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər - Foto

645603

İqtisadiyyat naziri Mikayıl Cabbarov "CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir rəsmi "X" hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüş zamanı Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib:

“Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik”.

Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin