Britni Spirsin dini paylaşımı müzakirələrə səbəb oldu - Foto

Hazırda oxunan: Britni Spirsin dini paylaşımı müzakirələrə səbəb oldu - Foto

645646

Amerikalı pop ulduz Britni Spirs “Instagram” hesabında qeyri-adi foto paylaşıb. Şəkildə ivrit dilində çap olunmuş “Tehilim” adlı Zəbur kitabı əks olunub.

Bizim.Media xəbər verir ki, müğənni fotoya qısa şərh yazaraq darıxdığını və yəhudi dilində mətnlər oxuduğunu bildirib.
 

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Spirs qədim dini mətni şəxsi asudə vaxtı ilə bağlı ironik şərhlə təqdim etsə də, bu seçiminin səbəbini açıqlamayıb. Onun ivrit dilini bilib-bilmədiyi də məlum deyil.


Qeyd edək ki, “Tehilim” yəhudi dini ənənəsində mühüm yer tutur və 150 məzmuru özündə birləşdirir. Bu mətnlər ənənəvi olaraq dua, mənəvi sıxıntı və şükür anlarında oxunur.

Britni Spirs əvvəllər də yəhudi mədəniyyətinə və kabalaya maraq göstərib. Lakin bu dəfə ivrit dilində Zəbur kitabını paylaşması izləyiciləri üçün gözlənilməz olub.

Britni Spirsin dini paylaşımı müzakirələrə səbəb oldu - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin